"Qarabağ” növbəti oyun ciddi itkilərlə çıxa bilər

"Qarabağ” növbəti oyun ciddi itkilərlə çıxa bilər
5 Fevral 2019
Mətni dəyiş

“Qarabağ” Topaz Premyer Liqanın 16-cı turunda “Sumqayıt”la oyuna 2 ciddi itki ilə çıxacaq.

Məlumata görə, Ağdam klubu səfər matçında Qara Qarayev və Mahir Mədətovun xidmətlərindən yararlana bilməyəcək.

Qara dünən “Neftçi” ilə görüşdə (1:1) qırmızı vərəqə gördüyü üçün qarşıdakı matçı buraxmalı olacaq. Mahir isə mövsüm ərzində 4-cü xəbərdarlığa görə sarı vərəqə limitini doldurub.

Bundan başqa, Antalya toplanışında dizindən zədə alan yeni transfer Reynaldo Silvanın da “Sumqayıt”a qarşı oynayıb-oynamayacağı bilinmir.

Fevralın 9-da keçiriləcək “Sumqayıt” – “Qarabağ” oyunu saat 18:30-da başlayacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun