"Qalatasaray" "Trabzonspor"u məğlub etdi

"Qalatasaray" "Trabzonspor"u məğlub etdi
11 Fevral 2019
Mətni dəyiş

Türkiyə Superliqasında 21-ci turun daha 3 oyunu keçirilib. Günün ilk qarşılaşmasında "Konyaspor" və "Malatyaspor" komandaları üz-üzə gəliblər. Görüşdə qalib müəyyənləşməyib - 1:1. "Göztəpə" - "Alanyaspor" matçında isə meydan sahibləri 3:2 hesablı qələbə qazanıblar.

Turun mərkəzi oyununda isə "Qalatasaray" doğma azarkeşləri önündə "Trabzonspor"u qonaq edib. Rəqibinə 3:1 hesabı ilə qalib gələn İstanbul klubu 2-ci pillədəki yerini qoruyub. Hazırda "sarı-qırmızılılar"ın ehtiyatında 39 xal var. Turnir cədvəlinə isə 45 xalla "Başakşəhər" başçılıq edir. "Beşiktaş" 36 xalla 3-cü, "Trabzonpor" isə 33 xalla 5-cidir. Qeyd edək ki, tura bu gün yekun vurulacaq. Türkiyə Superliqası, 21-ci tur 10 fevral "Konyaspor" - "Malatyaspor" - 1:1 Qollar: D. Aleksiç, 74 (0:1), Adis Yahoviç, 85-pen. "Göztəpə" - "Alanyaspor" - 3:2 Qollar: D. Kadah, 21 (1:0), Ç.Borqes, 32 (2:0), G. Tsavellaz, 43 (2:1), P. Sisse, 75 (2:2), N. Cilas, 90 (3:2) "Qalatasaray" - "Trabzonspor" - 3:1 Qollar: M. Dian, 21-pen. (1:0), H. Rodalyeqa, 30 (1:1), Y. Belhanda, 45 (2:1), 51 (3:1) 11 fevral "Ankaragücü" - "Kasımpaşa" "Sivasspor" - "Akhisar"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun