"Qalatasaray" qələbə qazandı

"Qalatasaray" qələbə qazandı
25 Fevral 2019
Mətni dəyiş

Türkiyə Superliqasında 23-cü turun daha 4 oyunu keçirilib.

Məlumata görə, lider "Başakşəhər" öz meydanında "Bursaspor"u 3:0 hesabı ilə məğlub edib. Abdullah Avcının komandasının ən yaxın izləyicisi "Qalatasaray" da turu qalibiyyətlə başa vurub. Ancaq "Başakşəhər"dən fərqli, "sarı-qırmızılılar" doğma azarkeşləri qarşısında "Akhisar"a çətinliklə qalib gəlib. Kostas Mitroqlu oyunun əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə komandasının qələbə topunu vurub.

Tura bu gün keçiriləcək "Beşiktaş" - "Fənərbaxça" derbisi ilə yekun vurulacaq.

Qeyd edək ki, hazırda "Başakşəhər" 51 xalla liderdir. Əsas rəqibindən 6 xal az toplayan "Qalatasaray" isə 2-ci pillədə qərarlaşıb. 3-cü sıradakı "Beşiktaş"ın 39, 4-cü pillədəki "Trabzonspor"un isə 36 xalı var. Türkiyə Superliqası, 23-cü tur 24 fevral "Ankaragücü" - "Ərzurumspor" - 2:1 Qollar: D. Boyd, 25 (1:0), K. Opset, 47 (1:1), D. Orcil, 90 (2:1) "Konyaspor" - "Kayserispor" - 0:1 Qol: D. Turuç, 59 "Qalatasaray" - "Akhisar" - 1:0 Qol: K. Mitroqlu, 90+4 "Başakşəhər" - "Buraspor" - 3:0 Qollar: M. Mossoro, 17 (1:0), E. Visca, 40 (2:0), Demba Ba, 90

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun