NATO-nun növbəti sammitinin vaxtı açıqlanıb

NATO-nun növbəti sammitinin vaxtı açıqlanıb
7 Fevral 2019
Mətni dəyiş

NATO-nun növbəti zirvə görüşü dekabr ayında Londonda keçiriləcək.

”RİA-Novosti” xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidməti bildirib.

“NATO-nun dövlət və hökumət başçılarının növbəti görüşünü 2019-cu ilindekabr ayında Londonda keçirmək barədə alyans ölkələri arasında razılıq əldə edildiyini bildirməyə şadam”, – Baş katib Yens Stoltenberqdeyib.

Təşkilatın başçısı həmçinin qarşıdakı görüşün NATO ölkələrinin “qarşılaşdığı və qarşılaçacağı təhdidləri, NATO-nun bundan sonra da bir milyarddan çox əhalisinin təhlükəsizliyini təmin etməyin yollarını müzakirə etmək üçün” imkan yaradacağını söyləyib.

Qeyd edək ki, əvvəlki zirvə görüşü ötən ilin iyul ayında Brüseldə keçirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun