Müsavat partiyası martın 10-da yürüş-mitinqi keçirəcək

Müsavat partiyası martın 10-da yürüş-mitinqi keçirəcək
26 Fevral 2019
Mətni dəyiş
Fevralın 25-də Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Bu haqda Müsavat Partiyasının Mətbuat Xidməti məlumat yayıb. Məlumatda deyilir ki, Müsavat Partiyasının Divanında gündəlikdə olan bir çox məsələ, həmçinin ölkədə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması haqda da müzakirələr aparılıb. "Müsavat Partiyası Divanı ölkədə sərbəst toplaşmaq azadlığı haqqında qanuna əməl olunmamasını, hətta məhdud icazəli toplaşma imkanlarının da aradan qaldırılmasını pisləməklə 10 mart, saat 15:00-da “Siyasi məhbuslara azadlıq”, “Sərbəst toplaşma azadlığı təmin edilsin”, “Aztəminatlı əhalinin kredit borcları dövlət tərəfindən ödənilsin” və digər tələblərlə S.S.Axundov küçəsindən başlamaqla, “Dərnəgül” metrostansiyası yaxınlığındakı meydana qədər yürüş, sonda mitinq keçirilməsi ilə bağlı Bakı şəhər İH-nə müraciət etmək barədə qərar qəbul edib". - deyə məlumatda deyilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun