"Mançester Yunayted"in hədəfindəki müdafiəçi: Milan Şkrinyar

"Mançester Yunayted"in hədəfindəki müdafiəçi: Milan Şkrinyar
17 Fevral 2019
Mətni dəyiş

"İnter"in müdafiəçisi Milan Şkrinyar yayda "Mançester Yunayted"ə keçə bilər. Britaniya mətbuatının yaydığı xəbərə görə, sloveniyalı futbolçu hazırda "qırmızı şeytanlar"ın əsas transfer hədəfi hesab olunur. Mankunyanlar daha əvvəl 23 yaşlı oyunçu üçün İtaliya klubuna 60 milyon avro təklif etsələr də, rədd cavabı almışdılar. "İnter" aparıcı üzvü üçün 90 milyon avro tələb edir. Bu mövsümün sonunda "Mançester Yunayted" rəhbərliyinin sözgedən məbləği ödəyərək, Milanı alacağı iddia olunur. Qeyd edək ki, Şkrinyar "İnter"ə 2017-ci ilin yayında 34 milyon avro qarşılığında "Sampdoriya"dan keçmişdi. Onun Milan təmsilçisi ilə 2022-ci ilin iyun ayına qədər müqaviləsi var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun