Gürcüstan yaşıllığı qırıb tikinti aparmağı qanunla qadağan edir

Gürcüstan yaşıllığı qırıb tikinti aparmağı qanunla qadağan edir
20 Fevral 2019
Mətni dəyiş

Gürcüstan qanunvericiliyində yeni termin olan "yaşıl xətt" qəbul olunur, bu termin Gürcüstan boyu parkları və yaşıllıqları istənilən növ tikintidən qorumağı hədəfləyir.

Bundan sonra ictimai önəm daşıyan parklar, bağlar, yaşıllıqlar dövlət tərəfindən ciddi qorunacaq.

Gürcüstan parlamentinin yaydığı məlumata görə, "Yaşıl xətt" adlı yeni qanun layihəsinin təşəbbüskarı parlamentin "Ətraf-mühit və təbii resursların qorunması" komitəsidir.

"Ətraf-mühit və təbii resursların qorunması" parlament komitəsinin sədri, yeni qanun layihəsinin müəlliflərindən biri Kaxa Kuçava jurnalistlər üçün keçirilən brifinqdə deyib ki, "yaşıl xətt" termini gürcü qanunvericiliyi sahəsində tezliklə populyarlıq qazanıb.

Deputat yeni qanun layihəsi haqda danışarkən deyib ki, "İctimai önəm daşıyan bağlar, yaşıllıqlar və parkların koordinatları qanunda dəqiq göstəriləcək və onların sərhəddlərini dəyişmək üçün qanunu dəyişməkdən başqa yol qalmayacaq".

Qanun layihəsinin digər müəllifi deputat Mamuka Mdinaradze isə deyib ki, bu mövzu Gürcüstanda heç vaxt indiki qədər önəmli olmayıb.

"Olduqca tez-tez iş sahibkarların parklar və yaşıllıq ərazilərini ələ keçirilib orda tikintilər aparıldığını və sadə xalqın buna etiraz etdiyinin şahidi oluruq. Bu cür etiraz tamamilə ədalətlidir.

Yeni qanun qüvvəyə mindikdən sonra bu prosses həmişəlik dayandırılacaq. "Yaşıl xətt" termini gürcü qanunlarının çoxuna əlavə olunacaq və o parkları, bağları, yaşıllıqları istənilən növ tikintidən qoruyacaq", - deyə Mdinaradze bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun