"Fənərbaxça" yeni müqavilə bağladı

"Fənərbaxça" yeni müqavilə bağladı
27 Fevral 2019
Mətni dəyiş

"Fənərbaxça" futbolçusu Matyu Valbuenanın müqaviləsininin müddətini uzadacaq. Türkiyə mətbuatının yaydığı xəbərə görə, fransalı yarımmüdafiəçinin ötən gün "Beşiktaş"la oyundakı (3:3) inamlı çıxışı məşqçilər heyətini razı saldığından, ona yeni sözləşmə təklif olunacaq. Klub rəhbərliyi 34 yaşlı oyunçunu daha 1 il komandada saxlamaq istəyir.

Qeyd edək ki, 2017-ci ilin yayından "Fənərbaxça"nın formasını geyinən Valbuena bu komandanın heyətində 37 oyuna çıxıb və 8 qol vurub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun