DYP cərimələməkdən doymur - 85 milyonu keçdi...

DYP cərimələməkdən doymur - 85 milyonu keçdi...
10 Fevral 2019
Mətni dəyiş
2018-ci ildə ölkədə az qala maşın sürən hər kəs cərimə ödəyib. Dövlət Statistika Komitəsinin fevralın 7-də "2018-ci ildə avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələri haqqında" məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanda 2018-ci ildə yol hərəkəti qaydalarının pozulmasına görə 85,6 milyon manat məbləğində cərimələr tətbiq edilib.  Bu cərimələr 3409,7 min inzibati xəta nəticəsində təyin edilib və yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 2017-ci ilə nisbətən 1,3 faiz artıb. Həmçinin məlumatda deyilir ki, xətaların 49,6 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması (ötən illə müqayisədə 4,3 faiz az), 14,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi (57,6 faiz çox), 10,9 faizi svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsi (9,7 faiz çox), 9,1 faizi dayanma və ya durma qaydalarının pozulması (7,3 faiz az), 4,0 faizi icbari sığorta müqaviləsinin bağlanmaması (23,9 faiz az), 3,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması (12,0 faiz az), qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb. Dövlət Statistika Komitəsinin bundan öncə "Nəqliyyat vasitələrinin sayı" haqda yaydığı məlumata görə ölkədə 1.342.324 ədəd minik və yük maşını var. Hər DYP cəriməsi başına ortalama 50  AZN-dən hesabladıqda, deməli 2018-ci ildə Azərbaycanda maşını olanlar 1.712.000 dəfə cərimələnib və burdan çıxan nəticəyə görə keçən il ölkədə az qala maşını olan hər kəs bir dəfə cərimələnib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun