"Barselona" İspaniya liqasında xal itirib

"Barselona" İspaniya liqasında xal itirib
11 Fevral 2019
Mətni dəyiş

İspaniya La Liqasında 23-cü turun növbəti 4 oyunu keçirilib. Lider "Barselona" bu tur xal itkisi ilə üzləşib.

Səfərdə "Atletik"in qonağı olan kataloniyalılar rəqibin müqavimətini qıra bilməyib. Qarşılaşma qolsuz bərabərliklə başa çatıb.

Bu heç-heçədən sonra xallarının sayını 51-ə yüksəldən "Barsa" ilk pillədəki yerini qoruyub.

İkinci sırada "Real" qərarlaşıb. "Kral klubu"nu liderdən cəmi 6 xal ayırır. "Atletiko" isə 44 xalla 3-cü pillədə yer alır.

Qeyd edək ki, tura bu gün yekun vurulacaq. İspaniya La Liqası, 23-cü tur 10 fevral "Leqanes" - "Betis" - 3:0 Qollar: Y. En-Nesiri, 22 (1:0), 36 (2:0), 66 (3:0) "Valensiya" - "Real Sosyedad" - 0:0 "Sevilya" - "Eybar" - 2:2 Qollar: F. Orelyana, 22 (0:1), Çarles, 63 (0:2), V. Ben Yedder, 88 (1:2), P. Sarabia, 90 (2:2) "Atletik" - "Barselona" - 0:0

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun