'Aztelekom'un sabiq baş direktorunun məhkumluğu ləğv edilib

'Aztelekom'un sabiq baş direktorunun məhkumluğu ləğv edilib
18 Fevral 2019
Mətni dəyiş

"Rabitə işi"ndə təqsirləndirilən "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov şərti məhkum etmənin götürülməsi üçün məhkəməyə müraciət edib.

Məlumata görə, Xətai Rayon Məhkəməsi onun müraciətini təmin edib. Bu barədə Report xəbər yayıb.

Qərardan narazı qalan dövlət ittihamçısı apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi prokurorluğun protestini təmin etməyib, birinci instansiya məhkəməsinin çıxardığı qərarı dəyişdirmədən saxlayıb.

Xatırlatma

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən sabiq Aparat rəhbəri Vidadi Zeynalov, M.Məmmədov və digərləri 2015-ci ildə həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Zeynalov 13 il və M.Məmmədov isə 5 il 7 ay 19 gün müddətinə azadlıqdan məhrum olunub. Hökmə əsasən, M.Məmmədova şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun