Alveş "Mançester Siti"yə keçir

Alveş "Mançester Siti"yə keçir
7 Fevral 2019
Mətni dəyiş

PSJ-nin futbolçusu Dani Alveş karyerasını İngiltərədə davam etdirəcək. “Esporte”nin yaydığı xəbərə görə, braziliyalı müdafiəçi “Mançester Siti”də oynamaq istəyir. “Şəhərlilər”in baş məşqçisi Xosep Qvardiola yaxşı münasibətdə olan 35 yaşlı futbolçunun keçidinin yayda baş verəcəyi gözlənilir. Qeyd edək ki, Alveş ötən ay Braziliyanın “Flaminqo” klubunun təklifini rədd edib. Yayda PSJ ilə müqaviləsi başa çatacaq futbolçu azad agent statuslı olacaq. “Mançester Siti”nin də təcrübəli futbolçuya havayı sahib olmaq istədiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun