8 mart günü Bakıda qadın hüquqları ilə bağlı yürüş planlaşdırılır

8 mart günü Bakıda qadın hüquqları ilə bağlı yürüş planlaşdırılır
21 Fevral 2019
Mətni dəyiş

Azərbaycanda feminist qadınlardan ibarət təşəbbüs qrupu 8 Mart tarixi gününə əsl mahiyyətini geri qaytarmaq məqsədi ilə "8 MARŞ" yürüşü keçirmək niyyətindədir. 

Bu barədə sosial şəbəkədə elan yayılıb. Təşəbbüs bir neçə qadın hüquqları ilə məşğul olan fəal tərəfindən irəli sürülüb.

Məlumatda deyilir ki, həmin gün qadınlar cəmiyyəti patriarxatdan azad etmək, səslərini duyurmaq, kişi hegemoniyasından qurtulmaq naminə birləşəcəklər.

"Hər il Azərbaycanda 100-dən çox qadın ailə-məişət zəminində qətlə yetirilir. Bundan daha çox sayda zorakılıq halları isə şikayət olunmadan gizli qalır. Döyülən, seksual qısnamaya və zorlanmaya məruz qalan qadınlar ehtiyacları olan dəstəyi ala bilmir. Buna görə də qadınların öz haqları uğrunda mübarizəsini əks etdirən bu gündə biz qadınlara olan zorakılığıa qarşı gedəcəyik".

Təşkilatçılar 8 mart saat 14:00-da Azad Qadın heykəlindən başlayıb Xurşudbanu Natavanın heykəlinə qədər yürüş keçirməyi planlaşdırırlar.

Təşkilat komitəsi bildirir ki, yürüşün məqsədi qadın qətllərinə, qadınlara qarşı zorakılığın bütün növlərinə diqqəti çəkmək və bunların aradan qaldırılmasına çalışmaqdır.

"Yürüş bu problemlərə biganə qalmayan hər kəs üçün açıqdır. Yürüşün məqsədinə uyğun gəlməyən, təxribat xarakteri daşıyan şüarların səsləndirilməsi və plakatların qaldırılması qadağandır. Təşkilat komitəsi buna ciddi nəzarət edəcək".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun