Xüsusi təhlükəli hava şəraiti ilə bağlı dərslər dayandırılıb

Xüsusi təhlükəli hava şəraiti ilə bağlı dərslər dayandırılıb
16 Yanvar 2019
Mətni dəyiş

“Xüsusi təhlükəli hidrometeoroloji hadisə haqqında xəbərdarlıq öz qüvvəsindədir”.

Bu barədə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti əhaliyə xəbərdarlıq edib.

Məlumatda deyilir ki, yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir.

Şiddətli şimal-qərb küləyinin əsəcəyi, küləyin maksimal sürətinin 28-33, arabir 35-38 m/s-yə çatacağı gözlənilir. Ötən günlə müqayisədə havanın temperaturu 10 dərəcə aşağı enəcək.

Departament bildirir ki, respublikanın rayonlarında yağıntılı olacaq, sulu qar, qar yağacaq, bəzi yerlərdə intensiv və güclü olacağı ehtimalı var. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlama ehtimalı var.

Yanvarın 17-də Bakıda və Abşeron yarımadasında yağıntının sulu qara, qara keçəcəyi ehtimalı var. Havanın temperaturu 0-2 dərəcə isti olacaq.

Xüsusi təhlükəli hava şəraiti ilə bağlı hökumət valideynləri uşaqlarını uşaq bağçalarına aparmamağı tövsiyə edib.

Təhsil naziri Ceyhun Bayramov isə yanvarın 17-də və 18-də respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə əmr imzalayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun