"Qalatasaray" 18 yaşlı futbolçunu 11 milyon avroya satdı

"Qalatasaray" 18 yaşlı futbolçunu 11 milyon avroya satdı
16 Yanvar 2019
Mətni dəyiş

"Qalatasaray"ın müdafiəçisi Ozan Kabak karyerasını Almaniyada davam etdirəcək.

Klubun yaydığı məlumatda deyilir ki, 18 yaşlı gənc müdafiəçi bundan sonra "Ştutqart" klubunda oynayacaq.

Bundesliqa klubu bu keçid üçün qarşı tərəfə 11 milyon avro ödəyəcək.

Ozan Kabak "Qalatasaray" futbol məktəbinin yetirməsidir. Bu il həm Çempionlar Liqasında, həm də Türkiyə Super Liqasındakı oyunlarda diqqət cəlb edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun