Mehman Hüseynova dəstək aksiyasının iştirakçıları həbs edilib

Mehman Hüseynova dəstək aksiyasının iştirakçıları həbs edilib
12 Yanvar 2019
Mətni dəyiş

Salyanda Mehman Hüseynovun azad edilməsi tələbi ilə keçirilən aksiyanın iki iştirakçısı inzibati qaydada həbs edilib.

Bu barəda ADR Hərəkatının sədr müavini Hüseyn Məlik məlumat yayıb.

İcazəsiz aksiyanın təşkilinə gorə, Tariyel Məlikzadə 25 sutka, Əlizamin Salayev isə 20 sutka həbs cəzası alıblar.

Cümə günü 10 nəfərə yaxın yerli sakin Bakı-Salyan yolunu bağlayaraq "Mehmana Azadlıq" şüarları səsləndiriblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun