Daha 2725 şəhid vərəsəsinə kompensasiya veriləcək

Daha 2725 şəhid vərəsəsinə kompensasiya veriləcək
29 Yanvar 2019
Mətni dəyiş

Qarabağ müharibəsində həlak olmuş daha 2264 hərbi qulluqçu və 461 əməkdaşının vərəsələrinə 11 min manat məbləğində birdəfəlik müavinət veriləcək.

Beləliklə, 12268 şəhidin vərəsələri kompensasiya alacaq. Bu məqsədlə dövlət 135 mln. manat ayırıb. Bu barədə birdəfəlik kompensasiya alacaq şəxslərin əhatə dairəsinin genişləndirilməsi barədə dövlət başçısının bugünkü fərmanı ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatında deyilir.

İndiyədək 3100 şəhid vərəsəsi kompensasiya alıb, bundan ötrü 34 mln. manat ayrılıb.

Hazırda 6444 şəhid vərəsəsinə kompensasiya ödənilməsi prosesi gedir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun