Azərbaycan beynəxalq korrupsiya indeksində 30 pillə geriləyib

Azərbaycan beynəxalq korrupsiya indeksində 30 pillə geriləyib
30 Yanvar 2019
Mətni dəyiş

Azərbaycan korrupsiya səviyyəsinə görə dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur.

Beləliklə, ölkə ötən illə müqayisədə 30 bənd aşağı düşüb. Beynəlxalq Transparency İnternational təşkilatının yanvarın 29-da dərc etdiyi Korrupsiya İndeksinin gəldiyi nəticə belədir.

Təşkilatın hesabatında qeyd edilir ki, son beş ildə Azərbaycanda korrupsiya səviyyəsində müsbət dinamika müşahidə olunub. Amma ötən il ölkədəki mənfi proseslərin gizlədilməsi məqsədilə Avropa qurumlarının ələ alınması faktları aşkar edilib.

Xüsusən, "Azərbaycan landromatı" hesabatı Avropa Şurası deputatlarının mütəşəkkil şəkildə ələ alınması, böyük pul məbləğlərinin köçürülməsi faktlarını aşkar edib, deyə hesabatda qeyd edilir.

Korrupsiya İndeksində Gürcüstan 41-ci, Ermənistan 105-ci, Rusiya və İran 138-ci yeri tutub.

Korrupsiya İndeksi ekspertlər tərəfindən məlumatların təhlili əsasında müəyyən edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun