Alvaro Morata "Atletiko Madrid" ilə müqavilə bağladı

Alvaro Morata "Atletiko Madrid" ilə müqavilə bağladı
29 Yanvar 2019
Mətni dəyiş

"Çelsi"nin futbolçusu Alvaro Moratanın "Atletiko"ya keçidi rəsmiləşib.

Klubunun yaydığı xəbərə görə, 26 yaşlı hücumçu 2019/2020 mövsümünün sonuna kimi icarə əsasında Madrid təmsilçisində çıxış edəcək.

İspaniya mətbuatı "Atletiko"nun "Çelsi"yə 7.5 milyon avro təzminat ödəyəcəyini yazıb.

Klub oyunçunun müqavilənin müddəti başa çatdıqdan sonra 40 milyon avro da ödəyərək Moratanı birdəfəlik ala biləcək.

Morata 2017-ci ilin yayında "Real"dan "Çelsi"yə transfer olunub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun