2019-da çıxacaq ən yaxşı filmlər

2019-da çıxacaq ən yaxşı filmlər
14 Yanvar 2019
Mətni dəyiş

2019-cu il çoxlu maraqlı filmlər vəd edir. «Time» jurnalı yeni ildə ekranlara çıxacaq ən yaxşı filmlərin siyahısını dərc edib.

«Şüşə» (Glass) (18 yanvar)

M.Night Shyamalan bu filmlə özünün əvvəlki iki hitini – 2000-ci ildə çəkdiyi «Unbreakable» və 2017-ci ildə çəkdiyi «Split» filmlərini sekvelə çevirib. Bu superqəhrəman filmi Bruce Willis, James McAvoy və Samuel L.Jackson-u maraqlı siçan-pişik oyununda birləşdirir.

«Məxmər mişar» (Velvet Buzzsaw) (1 fevral)

Ssenarist və rejissor Dan Gilroy-un bu qorxu trillerində Jake Gyllenhaal rol alıb.

«Leqo. Film 2» (The Lego Movie 2: The Second Part) (8 fevral)

Plastik kubiklərdən düzəldilmiş fiqurlar ekranları fəth etməkdədir. Tamaşaçıların bu vaxtadək gördükləri, bu qəbildən olan «Lego Batman» və «Lego Ninjago» filmləri artıq sübut edib ki, bu oyuncağın film yaradıcılığında da verdiyi imkanlar sərhədsizdir.

«Ailəmlə dava» (Fighting With My Family) (14 fevral)

Bu, Dwayne Johnson-un iştirakı ilə 2019-cu ildə ekranlara çıxacaq bir neçə filmdən biridir. Florence Pugh-un bu filmdəki rolu isə onun digər filmlərdəki ənənəvi rollarından tamamilə fərqlidir.

«Kapitan Marvel» (Captain Marvel) (8 mart)

Hadisələrin 1990-cı illərin ortalarında cərəyan etdiyi bu filmdə Brie Larson Carol Danvers kimi tanınan, döyüş pilotundan qalaktikalararası qəhrəmana çevrilən kapitan Marvel-i oynayır.

«Qloriya Bell» (Gloria Bell) (8 mart)

Sebastián Lelio Çili istehsalı olan, 2013-cü ildə çəkilmiş «Gloria» adlı dramı bu dəfə ingilis dilində, Julianne Moore-un iştirakı ilə çəkib. Filmdə Moore artıq böyümüş uşaqların boşanmış anasını oynayır.

«Biz» (Us) (15 mart)

Jordan Peele-in prodüserlik etdiyi bu qorxu filmində Lupita Nyong'o və Winston Duke rol alıblar.

«Dambo» (Dumbo) (29 mart)

Disney ilk dəfə 80 il öncə ekranlara çıxardığı bu iriqulaqlı fili yenidən canlandırıb.

«Qisasçılar: son döyüş» (Avengers: Endgame) (26 aprel)

Bəli, bu, nə az, nə çox, bu qəbildən olan 22-ci filmdir. Müşahidəçilər bundan öncəki «Infinity War» filminin kassa gəlirini (2 milyon dollar) və bu filmin treylerinin ilk 24 saat ərzində izlənmə sayını (289 milyon) nəzərə alaraq, onun bu filmlər arasında ən uğurlu olacağını deyirlər.

«Detektiv Pikaçu» (Detective Pikachu) (10 may)

Ryan Reynolds-un bu filmində ağıllı detektiv Pikachu özünün itmiş həmkarını axtarır. Bu işdə ona itən yoldaşının oğlu (Justice Smith) kömək edir.

«Con Uik 3» (John Wick: Chapter 3) (17 may)

Filmdə Keanu Reeves-in canlandırdığı qisasçı qəhrəman beynəlxalq qatil qrupunun üzvünü öldürdüyünə görə təqibdən qaçmalı olur. Filmdə Halle Berry və Laurence Fishburne də rol alıblar.

«Ələddin» (Aladdin) (24 may)

Disney-in bu yeni filmi böyük uğur vəd edir. Yeri gəlmişkən, cini (o bu dəfə mavi rəngdə deyil!) Will Smith canlandırır. Filmi Guy Ritchie çəkib.

«Ulduzlara doğru» (Ad Astra) (24 may)

Brad Pitt kosmik fəzada özünün itmiş atasını axtaran astronavtı canlandırır.

«Roketmen» (Rocketman) (31 may)

Film müğənni və bəstəkar Elton John-un karyerasının ilk illəri haqdadır. Ser Elton-u Taron Edgerton canlandırır.

Gələn ilin filmləri arasında iyun və iyul aylarında çıxacaq «X-Men: Dark Phoenix», «Men In Black: International», «Toy Story 4» və «Spider-Man: Far From Home» filmləri də var.

«Kral Şir» (The Lion King) (19 iyul)

Azərbaycanda da çoxlarının həyəcanla gözlədiyi, klassik animasiya filminin «layv ekşn» versiyasında personajları çox maraqlı sənətkarlar səsləndirir. Donald Glover və Beyoncé Simba və Nalanı, Billy Eichner və Seth Rogen-sə Timon və Pumbanı səsləndirir. Chiwetel Ejiofor mənfi qəhrəman Şramı, James Earl Jones isə müdrik patriarx Mufasanın səsidir.

«Bir dəfə Hollivudda» (Once Upon a Time in Hollywood) (26 iyul)

Bir dəfə Hollivudda Quentin Tarantino 2015-ci ildə onuncu, «The Hateful Eight» filmini çəkdikdən sonra təqaüdə çıxacağını demişdi. Dörd il keçmiş tamaşaçılar onun 11-ci filmini görəcəklər. Bu kriminal dramda Leonardo DiCaprio, Brad Pitt və Margot Robbie rol alıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun