Əfqan Muxtarlının insan haqları təşkilatlarına və səfirliklərə müraciəti

Əfqan Muxtarlının insan haqları təşkilatlarına və səfirliklərə müraciəti
27 Yanvar 2019
Mətni dəyiş

Vicdan məhbusu, həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlı insan haqları təşkilatlarına və səfirliklərə müraciət edib.

Abzas-ın xəbərinə görə, müraciətdə deyilir ki, 10 gündən artıqdır həbsxana rəhbərliyi Əfqan Muxtarlını təxribata çəkir.

Jurnalistin sözlərinə görə, mayor rütbəli inspektor Kamil cəzaçəkmə müəssisəsinin rəhbəri Şahin Həsənovun göstərişi ilə ona qarşı təzyiq edir ki, onlara etiraz etsin və bundan istifadə edib ona qarşı cinayət işi qaldırsınlar.

"Həbsxana rəhbərliyində belə bir fikir formalaşıb ki, siyasi məhbuslara təzyiq edənlərin rütbələri və vəzifələri artırılır".

Mayor Kamil dəfələrlə deyib ki, onun haqqında yazaq, vəzifəsini artırsınlar. Ə.Muxtarlının müraciətində deyilir ki, ona qarşı təxribat planını Şahin Həsənov idarə edir.

"Mən əşyalarımı "koptorka"ya qoyuram. Bəyan edirəm ki, çantalarımda qadağan olunmuş əşya yoxdur. Çantalarımdan yasaq olunmuş əşya "çıxacağı" halda bütün məsuliyyəti Şahin Həsənov daşıyacaq".

Jurnalist bildirir ki, onu xəstələr üçün istirahət otağından da çıxarıblar.

"Həbsxanada qida problemi var. Yeməkxanada verilən yemək keyfiyyətli deyil, yeməklər normalara uyğun hazırlanmır. Beynəlxalq təşkilatlardan, Ədliyyə Nazirliyi, QHT-lərdən xahiş edirəm, 16 saylı cəzaçəkmə müəssisəsində monitorinq aparsınlar".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun