Əbülfəz Sadıqbəylinin məhkəməsi başlayıb

Əbülfəz Sadıqbəylinin məhkəməsi başlayıb
19 Yanvar 2019
Mətni dəyiş

Yanvarın 18-də Qaradağ Rayon Məhkəməsində Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyliyə qarşı qaldırılmış cinayət işi üzrə məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

Vəkil Osman Kazımovun verdiyi məlumata görə, məhkəmədə Əbülfəz Sadıqbəylinin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi və cinayət işinin istintaqa qaytarılması barədə vəsatətlər qaldırılsa da, hakim  Fuad Hüseynov vəsatəti təmin etməyib.

2018-ci ilin noyabrın 21-də Səbail Rayon Məhkəməsi Əbülfəz Sadıqbəylinin barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçib.

Ə.Sadıqbəyliyə cinayət məcəlləsinin 178 (dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya ondan istifadə) maddələrilə ittiham irəli sürüb.

Müxalif fəal ittihamı qəbul etmir. Müsavat Partiyası həbsin siyasi motivlərlə həyata keçirildiyini bəyan edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun