Xədicə İsmayıl: "Müxtəlif mənbələrdən xəbər gəlir ki, səni həbs edəcəklər, iş tikirlər"

Xədicə İsmayıl: "Müxtəlif mənbələrdən xəbər gəlir ki, səni həbs edəcəklər, iş tikirlər"
18 Dekabr 2018
Mətni dəyiş

Araşdırmaçı jurnalist Xədicə İsmayıl həbs olunmaq təhlükəsi ilə üzləşdiyini deyir.

Bu barədə jurnalist sosial mediada məlumat yayıb. Onun sözlərinə görə, həbs olunacağı barədə bir neçə mənbədən məlumat alıb:

"Detallarını açmasalar da, yeni həbs hazırlandığını söyləyiblər. Ciddi bir şey olmadığını, yaxud araşdırmalarla məşğul olmamaq, AŞ PA-da və başqa beynəlxalq forumlarda çıxış etməmək üçün bəlkə qorxutmaq istədiklərini düşünürdüm. Sonra hesablarımın həbsi üzə çıxdı, ətrafımdakı adamlara maraq sezdim”.

Jurnalist hökumətə yaxın mediada yarım milyon qrant alması haqda məlumatları uydurma sayıb:

"Görünür nəyəsə zəmin hazırlayırlar. Əvvəl də müxtəlif borclarla bağlı tikilən işlərdə həmin media qurumları zəmin rolunu oynayıblar”.

Xədicə İsmayıl hesab edir ki, əsas məsələ həmkarlarının gördüyü işləri davam etdirmələridir.

Xatırlatma

X.İsmayıl 2014-cü il dekabrın 5-də Cinayət Məcəlləsinin (CM) 125-ci maddəsilə həbs edilib.

Jurnalist vergidən yayınma, mənimsəmə, qanunsuz sahibkarlıq, vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamlarıyla 7 il 6 ay azadlıqdan məhrum edilib.

Ali Məhkəmə 2016-cı ilin mayın 25-də mənimsəmə və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamları üzrə jurnalistə bəraət verib və o, 3 il 6 ay şərti cəza ilə azadlığa buraxılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun