Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradacaq

Türkiyə Qara dənizdə yeni hərbi-dəniz bazası yaradacaq
11 Dekabr 2018
Mətni dəyiş

Türkiyə Qara dənizin şərq sahillərində yeni hərbi-dəniz bazası yaradılması üzrə işlərə başlayıb.

Bu barədə "Milliyet" qəzeti yazıb.

Yeni hərbi obyekt Trabzon şəhərindən 40 km məsafədə olan Sürmene yaşayış məntəqəsi ərazisində yerləşəcək. Hərbi bazada 400 hərbi qulluqçunun xidmət çəkəcəyi, eləcə də 200 mülki işçinin çalışacağı gözlənilir.

Qəzetdə bildirilir ki, rəsmi Ankara bu addımı Kerç boğazındakı hadisədən sonra ABŞ-ın hərbi gəmilərini Qara dənizə göndərmək niyyətində olması ilə bağlı xəbərlər fonunda atıb.

Hazırda Türkiyənin dörd dənizdə 8 hərbi-dəniz bazası var.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun