Parisdə aksiyaçılarla polis toqquşub

Parisdə aksiyaçılarla polis toqquşub
2 Dekabr 2018
Mətni dəyiş

Parisdə polis etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib.

Artıq bir neçə həftədir ki, Paris və Fransanın digər şəhərlərində dizel yanacağına verginin artırılmasına qarşı kütləvi aksiyalar keçirilir.

Triumful arkasının ətrafında polislə aksiyaçılar arasında toqquşma olduğu xəbər verilir.

Polis aksiyaçıların Yelisey düzünə girməsinə imkan vermir. 100-dən çox adamın saxlandığı xəbər verilir.

Ötən həftə də Parisdə keçirilən aksiya zamanı hərc-mərclik baş vermis,aksiyaçılar polisi daşa basmışdı.

Öz növbəsində polis gözyaşardıcı qazdan və su şırnaqlarından istifadə eləmişdi.

Həmin gün 100 nəfərdən çox aksiyaçı saxlanmışdı.

Hakim dairələr bəyan edib ki, sağçı və solçu radikallar aksiyanı başqa səmtə yönəltməyə çalışırlar.

Fransanın daxili işlər naziri Kristof Kastaner (Christophe Castaner) şəxsən şənbə günü Yelisey düzündə olub və polislərlə görüşüb.

Nazir onlara tam dəstək olduğunu bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun