Neft hiss olunacaq dərəcədə ucuzlaşdı

Neft hiss olunacaq dərəcədə ucuzlaşdı
19 Dekabr 2018
Mətni dəyiş

Bu gün Brent nefti 3,4% də ucuzlaşaraq barelinin qiyməti 57,63 dolları, ABŞ xam nefti də 3,4% ucuzlaşaraq bareli 48.23 dolları görüb. 

Neft qiymətləri əvvəlki seanslarda 3%-dən çox düşmüşdü.

İnvestorlar, "OPEC+" koalisiyasının hasilatın azaldılması qərarının ABŞ-da istehsalın artdığı bir şəraitdə işə yarayıb yaramayacağı məsələsində daha çox işarə axtarırlar.

ABŞ-da istehsalın artacağına dair proqnozları, aralarında Səudiyyə Ərəbistanı və Rusiyanın da olduğu "OPEC+" koalisiyasının qərarı ilə bağlı qeyri-müəyyənlik yaradır.

"OPEC+" hasilatın gələn ilin əvvəlindən 1,2 milyon barel azaldılmasına qərar verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun