Mustafa Hacıbəyli ABŞ-ın Azərbaycandakı səfir əvəzi ilə görüşdü

Mustafa Hacıbəyli ABŞ-ın Azərbaycandakı səfir əvəzi ilə görüşdü
13 Dekabr 2018
Mətni dəyiş

Çərşənbə günü ABŞ-ın Azərbaycandakı səfir əvəzi, Müvəqqəti İşlər Vəkili Ulyam Gil bastainfo.com xəbər portalının redaktoru Mustafa Hacıbəyli ilə görüşüb və Azərbaycanda media azadlığını müzakirə edib.

Bu haqda Amerika səfirliyi məlumat yayıb.

Müzakirənin detalları barədə "Turan"a ətraflı məlumat verməyə ehtiyac duymayan Mustafa Hacıbəyli isə bildirib ki, görüşdə vəkil Osman Kazımov, ABŞ səfirliyinin siyasi məsələlər üzrə müşaviri Uilyam Solley və səfirliyin mətbuat katibi Natan Cons iştirak ediblər.

Qeyd edək ki, noyabrın 30-da Bakı Şəhər Prokurorluğuna çağırılan Mustafa Hacıbəyliyə qarşı saytda dərc olunan iki məqaləyə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun