Gürcüstan müxalifəti seçkinin nəticələrinin ləğvi üçün hökumətə vaxt verdi

Gürcüstan müxalifəti seçkinin nəticələrinin ləğvi üçün hökumətə vaxt verdi
3 Dekabr 2018
Mətni dəyiş

Gürcüstan müxalifəti dekabrın 2-də Tbilisinin mərkəzində prezident seçkisinin nəticələrinə etiraz olaraq aksiya keçirib.

Müxalifət tərəfdarları hakimiyyəti seçicilərə təzyiq göstərməkdə və nəticələri saxtalaşdırmaqda ittiham edirlər.

Müxalifətin vahid namizədi Griqol Vashadze mitinqdə deyib ki, müxalifət ölkədə siyasi böhranın aradan qaldırılması üçün hökumətə 16 dekabradək vaxt verir:

"Biz növbədənkənar parlament seçkiləri və seçki qanunvericiliyinə əsaslı dəyişikliklərin edilməsini tələb edirik. Buna görə hökuməti işçi qrup yaratmağa çağırırıq. Gələcək planlarımız hökumətin addımlarından asılı olacaq".

Aksiyaçılar ölkədə vaxtından əvvəl prezident seçkisi təyin edilməsini tələb edirlər.

“Güc birlikdədir” müxalifət birliyinin nümayəndələri noyabrın 29-da keçirilən prezident seçkisinin nəticələrini tanımırlar.

Müxlifət qüvvələrinin hüquqşünasları nəticələrin ləğv edilməsi ilə bağlı məhkəməyə müraciət etməyi planlaşdırırlar.

Gürcüstanda keçirilən prezident seçkilərində rəsmi nəticələrə görə hakim “Gürcü arzusu” partiyasının dəstəklədiyi namizəd Salome Zurabishvili qalib gəlib.

Mikheil Saakashvili mitinqə Hollandiyadan canlı yayım vasitəsi ilə qoşulub. Keçmiş prezident iştirakçılarına bildirib ki, bu mübarizə mütləq qələbə ilə nəticələnəcək.

"Mən bu mübarizədə sizlərdən biriyəm. Məni çağıran kimi, sizin, liderlərinizin yanında olacağam". 

Seçkidə onun rəqibi keçmiş prezident Mikheil Saakashvilinin tərəfdarı Grigol Vashadze idi.

Yeni prezidentin andiçmə mərasimi dekabrın 16-da olmalıdır.

Beynəlxalq müşahidəçilər seçkinin azad şəraitdə keçirildiyini bəyan etsələr də qeyd edirlər ki, namizədlərə bərabər şərait yaradılmayıb.

Mərkəzi Seçki Komissiyasının rəqəmlərinə görə, Salome Zurabishvili seçkinin ikinci mərhələsində 59, Vashadze isə 41 faiz səs toplayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun