Fransada etirazçılar "Total" neft şirkətinin 11 anbarına girişi bağlayıb

Fransada etirazçılar "Total" neft şirkətinin 11 anbarına girişi bağlayıb
4 Dekabr 2018
Mətni dəyiş

Fransada keçirilən etiraz aksiyasının iştirakçıları "Total" konserninə məxsus 11 yanacaq anbarına girişi bağlayıblar.

Bu barədə "Le Figaro" qəzeti şirkətin nümayəndəsinə istinadən məlumat verib.

Anbarların bağlanmağı səbəbindən bəzi yanacaqdoldurma məntəqələrində benzin və dizel qıtlığı yaşanır.

Şirkətin nümayəndəsinin sözlərinə görə, 2,2 min yanacaqdoldurma məntəqəsi yanacaq ehtiyatlarının tükəndiyini elan edib. Onlardan yalnız 75-i bilavasitə "Total"a məxsusdur.

"Sarı jiletlilər" mütamadi olaraq dəniz limanına girişi, avtomobil yollarını bağlayır, yol kameralarını sıradan çıxarır və ödənişli yollarda ödəniş məntəqələrinin işini pozurlar.

Etiraz edənlər həmçinin məktəb və liseylərin qarşısında nümayişlər təşkil edir, gəncləri öz hərəkatlarına qatılmağa çağırırlar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun