Ermənistan ordusunun qırıcısı qəzaya uğrayıb - iki pilot həlak olub

Ermənistan ordusunun qırıcısı qəzaya uğrayıb - iki pilot həlak olub
4 Dekabr 2018
Mətni dəyiş

Dekabrın 4-ü səhər saatlarında Ermənistan Silahlı Qüvvələrinin Su-25 qırıcısı döyüş təyyarəsi təlim uçuşu zamanı qəzaya uğrayıb.

Ermənistanın Müdafiə Nazirliyi məlumatı təsdiqləyib.

Məlumata görə, təyyarənin qəzaya düşdüyü yer aşkarlanıb. O, Maralika rayonunda, dağlardadır.

Qəzada iki pilot həlak olub, bunlar polkovnik-leytenant Armen Babayan və mayor Movses Manukyandır.

Daha öncə Ermənistanın Müdafiə Nazirliyi təlim uçuşu keçirən ölkənin "Su-25" təyyarələri ilə rabitənin itdiyini elan edib.

Təyyarənin qalıqları Ermənistanın şimal-qərbində yerləşən Şirak vilayətinin Maralik şəhəri yaxınlığındakı dağlıq ərazidən tapılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun