Deputat: “Uşaqların rus sektoruna getməsi məni narahat edir”

Deputat: “Uşaqların rus sektoruna getməsi məni narahat edir”
4 Dekabr 2018
Mətni dəyiş

Deputat Gövhər Baxşəliyeva növbəti dəfə məktəbdə rus dilində təhsilə qarşı çıxış edib.

Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında çıxış edərkən millət vəkili bildirib ki, hər il daha çox uşaq rus sektoruna oxumağa gedir.

"Şəxsən məni bu çox narahat edir. Biz səbəbini araşdırmalıyıq. Niyə müstəqil Azərbaycanda hər il rus sektorunda təhsil alan uşaqların sayı artır?".

Deputat deyib ki, Azərbaycan uşaqları ibtidai təhsili Azərbaycan dilində almalıdılar, çünki uşağın milli şüuru ibtidai siniflərdə formalaşır.

Bu, Gövhər Baxşəliyevanın rus dilində təhsilə qarşı ilk çıxışı deyil. Əvvəllər o bildirmişdi ki, birinci sinif şagirdlərini rus bölməsinə vermək olmaz, rus dili isə ingilis dili ilə yanaşı xarici dil kimi öyrədilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun