Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır

Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
13 Dekabr 2018
Mətni dəyiş

Çin İranın nüvə proqramını məhdudlaşdıran Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) saxlanması və Tehranın raket proqramının qiymətləndirilməsi zamanı təmkinlilik nümayiş etdirilməsinin tərəfdarıdır.

Bunu çərşənbə günü BMTTəhlükəsizlik Şurasının nüvə silahının yayılmaması problemlərinin müzakirəsinə həsr olunmuş iclasında Çinin BMT yanında daimi nümayəndəsi Ma Çjaosüy deyib.

"Biz həmişə İran probleminin siyasi və diplomatik həllinin tərəfdarı olmuşuq. Biz yayılmama rejiminə və beynəlxalq sülh və sabitliyin qorunmasına sadiqik. Birgə Hərtərli Fəaliyyət Planının qorunması və dəstəklənməsi üçün qərəzsiz və obyektiv fəaliyyətimizi davam edəcəyik", - deyə o bildirib.

İranın raket proqramına toxunan Çin təmsilçisi məsuliyyətlə davranmağa və yoxlanılmamış məlumatları yekun sənədlərə daxil etməməyə çağırıb.

"Bütün tərəflər ballistik raket sınaqlarını nəzərdən keçirən zaman təmkinlə hərəkət etməlidir", - deyə Ma Çjaosüy əlavə edib.

Bundan əvvəl Amerika tərəfi BMT Təhlükəsizlik Şurasını (TŞ) İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun