Bu magistralda hərəkət qismən məhdudlaşdırılacaq

Bu magistralda hərəkət qismən məhdudlaşdırılacaq
4 Dekabr 2018
Mətni dəyiş

Bakı-Ələt-Qazax-Qırmızı Körpü avtomobil yolunun 94-cü kilometrliyi dekabrın 5-dən 1 ay müddətinə qismən məhdudlaşdırılacaq. 

Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, magistral yolun məhdudlaşdırılmasına səbəb yolun 94-cü kkm-də yerləşən yeraltı piyada keçidinin deformasiyaya uğramasıdır.

Məlumata görə, 1 ay müddətində aşırım tirlərinin dəyişdirilməsi həyata keçiriləcək. Bu səbəbdən nəqliyyat vasitələrinin hərəkəti işlərin aparılmasından asılı olaraq hissə-hissə qismən məhdudlaşdırılacaq.

Avtomobil Yolları Dövlət Agentliyi sürücülərdən sözügedən istiqamətdə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarına riayət etmələri, aparılan işlərə anlayışla yanaşmalarını xahiş edir.

Agentlik yarana biləcək müvəqqəti narahatlığa görə vətəndaşlardan üzr istəyir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun