"Barselona" liderliyə yüksəldi

"Barselona" liderliyə yüksəldi
4 Dekabr 2018
Mətni dəyiş

İspaniya La Liqasında 14-cü turun oyunları keçirilir. İkinci oyun günündə daha 4 görüş olub. “Betis” doğma meydanda “Real Sosyedad”ı minimal hesabla üstələyib. “Atletiko” isə “Jirona” səfərində vacib 2 xal itirib – 1:1. Zirvə yarışını yaxından maraqlandıran oyunda “Barselona” evdə “Vilyarreal”la üz-üzə gəlib. 35-ci dəqiqədə Jerar Pike, 87-ci dəqiqədə isə Karles Alenyanın qolları kataloniyalılara qələbə qazandırıb. Bu nəticədən sonra Ernesto Valverdenin komandası liderliyə yüksəlib. “Sevilya” isə səfərdə “Alaves”lə üz-üzə gəlib. 2 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib. Meydan sahiblərinin heyətində 37-ci dəqiqədə Coni fərqlənib. Qonaqları məğlubiyyətdən xilas edən qola isə 78-ci dəqiqədə Vissam Ben Yedder imza atıb. Tur bugünkü “Levante” – “Atletik” matçı ilə yekunlaşacaq. Qeyd edək ki, son nəticələrdən sonra “Barselona” 28 xalla 1-ci, ondan 1 xal az toplayan “Sevilya” isə 2-cidir. 3-cü pillədəki “Atletiko”nun 25 xalı var. “Alaves” 24 xalla 4-cü, “Real” isə 23 xalla 5-ci sırada yer alır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun