Apellyasiya Məhkəməsi Orxan Baxışlı ilə bağlı hökmü qüvvədə saxlayıb

Apellyasiya Məhkəməsi Orxan Baxışlı ilə bağlı hökmü qüvvədə saxlayıb Foto: sosial media
10 Dekabr 2018
Mətni dəyiş

Bu gün Bakı Apellyasiya Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) gənc fəalı Orxan Baxışlının şikayətinə baxılıb.

Vəkil Elçin Sadıqovun təqdim etdiyi şikayətdə qeyd olunub ki, O.Baxışlı öz siyasi fəaliyyətinə, əsasən AXCP üzvü olduğuna və etiraz aksiyalarında iştirakına görə həbs olunub. Onun bundan öncə də inzibati həbsə məruz qalmasına diqqət çəkilib.

Vəkil Baxışlının işində prosessual normaların pozulduğunu göstərib. Belə ki, işdə fəal saxlandıqdan sonra onun hüquqlarının açıqlanmasına sübut yoxdur. Bundan əlavə, iş materialları və birinci instansiya məhkəməsində şahid ifadələri uzlaşmır.

İş üzrə qeyd olunur ki, Baxışlının yaşadığı yer guya onda narkotik maddənin olmasına dair operativ informasiyada göstərilir.

Ancaq məhkəmədə şahidlər deyiblər ki, onun yaşadığı yer polisdə müəyyən edilib.

Vəkil E.Sadıqov qeyd edib ki, Ali Məhkəmənin plenumunun qərarına əsasən narkotik maddələrlə əlaqədar işlərdə həmin maddələrin istifadə üçün yararlı olub-olmadığının müəyyən edilməsi vacib sayılır. Lakin birinci məhkəmə instansiyası ekspertiza təyin etməyib.

O.Baxışlı bildirib ki, "xeyir və şərin mübarizəsi" gedir və digər siyasi məhbusların işlərində olduğu kimi, burada da məhkəmənin qərarı onun xeyrınə olmayacaq.

O.Baxışlının fikrincə, onun işinin siyasi xarakterli olduğuna əmin olmaq üçün həbsindən bir neçə gün öncə mərhum jurnalist Elmar Hüseynovun məzarı önündəki çıxışının videoyazısına baxmaq yetər.. O bu cinayətə görə məsuliyyəti hakimiyyətin üzərinə qoyub.

O deyib ki, Elmlər Akademiyasının qarsışındakı bağda polis onu saxlayarkən mobil telefon öğurlamış bir nəfərə oxşaması ilə izah etmişdi. Öncə onu Yasamal rayonu 26-cı polis bölməsinə aparıblar, sonra 28-ci bölməyə. Şirəli Babayev adında polis zabit ondan cibində olanları çıxarmağı tələb edib. Onun cibindən 80 qəpik, qulaqcıq və açar çıxıb.

Sonra zabit deyib ki, indi özü onun ciblərini yoxlayacaq. Gənc fəal axtarış üçün sanksiyanın olub-olmadığını sorarkən Babayev "qanun mən özüməm deyib". O.Baxışlının sözlərinə görə, zabit onun cibinə narkotik maddə qoyub. O, məhkəməni vicdanla qərar çıxarmağa çağırıb.

"Narkotik maddə ittihamını qəbul etmirəm, əgər məni siyasi fəaliyyətimə görə mühakimə etsəydilər ölümə belə hazıram", - o vurğulayıb.

Hakim şikayəti təmin etməyib.

Müdafiə tərəfi Ali Məhkəməyə kassasiya şikayəti verəcək.

Xatırladaq ki, O.Baxışlı mayın 6-da saxlanılıb. Polis bildirib ki, onun cibindən 6 qr. heroin tapılıb. Fəal ittihamı rədd edərək bildirib ki, narkotik maddəni onun üzərinə polislər özləri qoyublar. Sentyabrın 18-də məhkəmə onu 6 il azadlıqdan məhrum edib.

Həbsdən bir neçə gün öncə - mayın 3-də Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə jurnalist Elmar Hüseynovun məzarı önündə keçirilən tədbirdə O.Baxışlı jurnalistin qətlinə görə hakimiyyəti ittiham edib. Həmkarlarının fikrincə, onun həbsinə səbəb bu olub. Hüquq müdafiəçiləri O.Baxışlını siyasi məhbus kimi tanıyıblar.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun