Zamirə Hacıyeva Londonda həbs edilib

Zamirə Hacıyeva Londonda həbs edilib Foto: sosial media
7 Noyabr 2018
Mətni dəyiş

Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva Londonda həbs edilib. Bu barədə BBC xəbər yayıb.

Onun Britaniyadan ekstradisiya edilməsi gözlənilir. 55 yaşlı Zamirə Hacıyeva Londonun mərkəzində 15 milyon funt sterlinq dəyərində evdə yaşayır. Onun vəkilləri qadının "fırıldaqçı" olmadığını deyir. O Britaniyada ilk dəfə tətbiq edilən "İzahedilməz Sərvət Sərəncamı" (UWO) çərçivəsində həbs olunub. UWO, Britaniyada potensial çirkli pullara malik şübhəli korrupsioner xarici rəsmiləri hədəfləmək üçün yeni qanundur. Milli Cinayət Agentliyinin təhqiqatçıları inanırlar ki, ingilis mülklərinə milyardlarla funt çirkli pul qoyulur, lakin sübutların olmaması səbəbiylə həmin əmlak sahiblərini cinayətlə ittiham etmək və ya aktivləri təqib etmək demək olar ki, mümkünsüzdür. Yeni "İzahedilməz Sərvət Sərəncamı" onları zənginliklərini açıqlamağa məcbur etmək cəhdidir. Əgər bir şübhəli xarici rəsmi və ya ailələri, sərvətlərinin qanuni mənbəyini göstərə bilmirsə, Milli Cinayətkarlıq Agentliyi onların mülkünü ələ keçirmək üçün Ali Məhkəməyə müraciət edə bilər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun