Vicdan məhbusu Seymir Həziyə ünvanlanan məktubları özünə çatdırmayıblar

Vicdan məhbusu Seymir Həziyə ünvanlanan məktubları özünə çatdırmayıblar
10 Noyabr 2018
Mətni dəyiş

Həbsdə saxlanılan "Azadlıq" qəzetinin icmalçısı və "Azərbaycan Saatı" televerilişinin aparıcısı Seymur Həziyə məktubların göndərilməsindən ibarət olan "Seymurun məktubu" ictimai kampaniyası başa çatıb.

Amma 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi məktubları ona buraxmayıb. Bu barədə Turan-a jurnalist Nigar Həzi bildirib. Ümumilikdə jurnalistə dostlarından, həmkarlarından və beynəlxalq təşkilatlardan 133 məktub göndərilib. Həyat yoldaşı jurnalistə dəstək sözləri ehtiva edən məktubların ötürülməsinin qadağan edilməsini qanunsuz hesab edir.

Öz növbəsində, Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən bildiriblər ki, məktubların, nəşrlərin və digər materialların mətnlərində məhbusa mənfi təsir göstərə biləcək məlumat olub-olmadığı yoxlanılmalıdır.

Xatırladaq ki, Həzi 29 avqust 2014-cü il tarixində həbs edilib və uydurma xuliqanlıq ittihamı ilə 5 il müddətinə azadlıqdan məhrum edilib. Həzi ona qarşı irəli sürülən ittihamları təkzib edib və jurnalist və ictimai fəaliyyətinə görə təqib edildiyini bildirib. Hüquq müdafiə təşkilatları onu siyasi məhbus kimi tanıyıb.

Həzi jurnalistliklə yanaşı, siyasi fəaliyyətlə də məşğul olur və Azərbaycan Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin rəyasət heyətinin üzvüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun