Tramp Amerika ölkələrini miqrant axınını dayandırmağa çağırıb

Tramp Amerika ölkələrini miqrant axınını dayandırmağa çağırıb
26 Noyabr 2018
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp Meksika və Mərkəzi Amerika ölkələrini miqrant axınını dayandırmağa çağırıb.

"Bu, çox AĞILLI iş olardı. Əgər Meksika qaçqın karvanını cənub sərhədlərinə çatmadan dayandırsa, onların öz ölkələri bəzi insanların qarşısını alsa və onları ABŞ-a yollamasa. Artıq olmaz" - deyə, Tramp tvit edib.

Prezident problemi demokratların yaratdığını bildirib.

Tramp deyib ki, əksəriyyəti Honduras, Qvatemala və Salvador olmaqla, miqrantlar məhkəmə qərarı olmadan sərhədləri keçməməlidir.

ABŞ-da sığınacaq axtaran yüzlərlə miqrant Meksikanın Tihuana və Kaliforniyanın San-Diyeqo şəhərləri arasındakı keçid məntəqəsinə etiraz yürüşü edərək, mühacirət müraciətlərinə baxılmasını tələb ediblər.

İmmiqrasiya sistemində boşluqlar olduğunu vurğulayan ABŞ prezidenti Donald Tramp bildirib ki, bundan sonra gömrük işçiləri tərəfindən yalnız rəsmi giriş məntəqəsində özünü təqdim edən miqrantların mühacirət tələblərinə baxılacaq.

Ancaq mühacirət müraciəti altı aya qədər davam edə bilir və Tihuana şəhərində minlərlə məcburi köçkün üçün bu kifayət qədər sürətli deyil.

Meksika mühacir yürüşünə cavab olaraq sərhəd keçid məntəqəsinə polislər yerləşdirib, barrikadalar quraraq, girişə məhdudiyyət qoyub.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun