Rusiyada daha bir məhbusun döyüldüyü bildirilir

Rusiyada daha bir məhbusun döyüldüyü bildirilir
8 Noyabr 2018
Mətni dəyiş

Rusiyada insan haqları qrupu Yaroslavlda həbsxanada daha bir məhbusun nəzarətçilər tərəfindən döyüldüyünü iddia edir. İyulda burada bir məhbusun döyülməsi ictimai rezonans doğurmuşdu.

İctimai Hökm QHT-si noyabrın 6-da bildirib ki, vəkili Irina Biryukova Yegor Grigoryev adlı məhbusun 2 saylı koloniyada ağır döyülməsinə dair informasiya əldə edib. Nəzarətçilərin məhbusun qabırğalarını və əlini sındırdığı, onun Yaroslavlda başqa bir həbsxananın xəstəxanasına aparıldığı bildirilir.

Məhbusun nə vaxt döyüldüyü dəqiq bəlli deyil

Biryukova-nın sözlərinə görə, Grigoryev döyüləndən sonra deyib ki, yerli prokurorluğa şikayət etmək istəyir, amma Federal Penitensiar Xidmətin işçiləri onu hədələyiblər.

Ancaq Grigoryev şikayət təqdim edib, dəfələrlə döyüldüyünü, hədələndiyini qeyd edir. Biryukova onun xəstəxanadan elə döyüldüyü həbsxanaya qaytarıldığını ehtimal edir.

QHT İstintaq Komitəsinə rəsmi müraciət edərək informasiyanı yoxlamasını istəyib.

Elə iyulda məhbusunu döyülməsi videosunu “Novaya Gazeta”ya İctimai Hökm təqdim etmişdi. Həmin hadisəyə görə 15 nəzarətçi həbs olundu.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun