Riçard Kozlariç AXCP sədrinin həbsinə münasibət bildirib

Riçard Kozlariç AXCP sədrinin həbsinə münasibət bildirib
19 Noyabr 2018
Mətni dəyiş

1994-1997-ci illərdə ABŞ-ın AzərbaycandaKI səfiri olan Riçard Kozlariç özünün Facebook səhifəsində AXCP sədri Əli Kərimlinin həbsinə münasibət bildirib.

“Əli Kərimlinin həbsi iyrənc hadisədir. Mən onu 20 ildir ki, tanıyıram. Heç bir şübhə yoxdur ki, o mövcud rejimə müxalifətdə olduğuna görə həbs edilib. Baş vermiş hadisə göstərir ki, Azərbaycan hakimiyyəti repressiya siyasətini dayandırmaq niyyətində deyil. Bu səhv siyasətdir və mən dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün yaxşı adamları bu barədə açıq danışmağa çağırıram”, Kozlariç yazıb.

Öz növbəsində, Azərbaycan prezidentinin köməlçisi Əli Həsənov bildirib ki, bəzi yerli və xarici KİV-lərdə, o cümlədən sosial şəbəkələrdə müxalifət fəallarının saxlanılması sərbəst toplaşmaq, söz və məlumat azadlığının, fikir plüralizminin məhdudlaşdırılması kimi qələmə verilib.

“Hüquq-mühafizə orqanları qanunun tələblərinə uyğun olaraq qeyri-qanuni aksiyanın qarşısını alıb və bunun insan hüquq və azadlıqlarının pozulması ilə heç bir əlaqəsi yoxdur. Polis üçün əsas meyar siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir”, Əli Həsənov qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun