Qonur ayını ovlayan brakonyerlər saxlanılıb

Qonur ayını ovlayan brakonyerlər saxlanılıb
27 Noyabr 2018
Mətni dəyiş

İsmayıllı rayonunun Tircan kəndinin iki sakini və Ağsu rayonunun dörd sakini qanunsuz olaraq ayı ovlamaqda şübhəli bilinərək saxlanılıb.

DİN-in mətbuat xidmətinin məlumatına görə, brakonyerlik faktı noyabrın 17-də İsmayıllı rayonunun Baskal qəsəbəsi yaxınlığında baş verib. Bu fakt yerli keşikçi tərəfindən qeydə alınıb və polisə məlumat verilib.

Saxlanılan şəxslərdən dörd ədəd "İJ" və 1 ədəd "Lavrona" markalı ov tüfəngləri götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 258-ci (Qanunsuz ov etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Bu maddə üzrə 3 min manatdan 6 min manata qədər cərimə və ya 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Qeyd edək ki, Qonur Ayı Azərbaycanın Qırmızı Kitabına daxil edilib və onun ovlanması qadağan edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun