"Qalatasaray" - "Fənərbaxça" oyununda 4 qol

"Qalatasaray" - "Fənərbaxça" oyununda 4 qol
3 Noyabr 2018
Mətni dəyiş
Türkiyə superliqasında 11-ci tura start verilib. Qol.az-ın xəbərinə görə, bütün diqqətlər İstanbula yönəlib. Burada “Qalatasaray” əzəli rəqibi “Fənərbaxça”nı qəbul edib. İstanbul derbisində qapılara 4 qol vurulub - 2:2. 2 noyabr
Türkiyə superliqası, 11-ci tur 22:00 “Qalatasaray” – “Fənərbaxça” - 2:2 Qollar: Donk, 31 (1:0), Linnes, 49 (2:0), Valbuena, 66-pen. (2:1), Jailson, 72 (2:2) Qeyd edək ki, Fatih Terimin çalışdırdığı "Qalatasaray" xalını 20-ə çatdıraraq 2-ci pilləyə yüksəlib. Ağır günlərini yaşayan "Fənərbaxça" isə 10 xalla 15-ci sırada qalıb.  Turnir cədvəlinə 21 xalla (10 oyuna) "Başakşəhər" başçılıq edir. "Kasımpaşa" 19 xalla (10 oyuna) 3-cüdür.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun