Orta məktəblərdə də pullu təhsil olacaq

Orta məktəblərdə də pullu təhsil olacaq
15 Noyabr 2018
Mətni dəyiş

Azərbaycanda ümumtəhsil məktəbləri bəzi təhsil proqramlarını bundan sonra pullu təşkil edə biləcəklər.

Nazirlər Kabineti "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nə bununla bağlı əlavələr edib. Əlavələr noyabrın 13-də açıqlanıb.

İndiyədək "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"ndə təhsilin pulsuz olduğu vurğulanırdı.

Nizamnamənin 1.6-cı maddəsinə görə, "Dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur".

Həmin maddə aşğıdakı mətnlə dəyişdirilib: ""Təhsil haqqında" Qanuna uyğun olaraq dövlət təhsil müəssisələrində ümumi təhsil pilləsinin dövlət standartlarını əhatə edən tam orta təhsil pulsuzdur. Dövlət təhsil müəssisələri dövlət standartlarından əlavə tədris edilən beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramlarını ödənişli əsaslarla təşkil etmək hüququna malikdirlər".

"Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi"nin bir neçə maddəsinə, o camlədən məktəblərə qəbul yaşı ilə bağlı müddəalara da dəyişiklik edilib.

Nizamnamənin məktəblərə qəbul yaşı ilə bağlı maddəsində yazılırdı ki, "ümumtəhsil məktəbinin I sinfinə hər il sentyabrın 15-dək 6 yaşı tamam olmuş uşaqlar qəbul edilirlər. Bununla belə, həmin müddətdə 6 yaşı tamam olmayan, lakin xüsusi istedadı ilə fərqlənən uşaqlar Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi qaydada I sinfə qəbul oluna bilərlər".

Həmin maddə də yenilənib. Yeni mətnə görə, "valideynlərin və ya digər qanuni nümayəndələrin müraciəti ilə hər təqvim ilinin sonunadək 6 yaşı tamam olan uşaqlar da məktəbə qəbul edilirlər"

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun