"Mançester Siti" Sterlinqlə yeni müqavilə imzaladı

"Mançester Siti" Sterlinqlə yeni müqavilə imzaladı
10 Noyabr 2018
Mətni dəyiş

"Mançester Siti" futbolçusu Rahim Sterlinqlə yeni müqavilə imzalayıb.

Klubun saytınının yaydığı xəbərə görə, 23 yaşlı hücumçu ilə müqavilənin müddəti 2023-cü ilin iyununa kimi uzadılıb.

Qeyd edək ki, R.Sterlinq 2015-ci ildən "Mançester Siti"də oynayır. O, bu mövsüm 14 matçda 7 qol vurub, 5 qolun ötürməsini verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun