Məktəb direktorunun döyülməsi ətrafında qalmaqal

Məktəb direktorunun döyülməsi ətrafında qalmaqal
22 Noyabr 2018
Mətni dəyiş

DİN və Təhsil Nazirliyi paytaxt məktəblərinin birinin direktoru Tural Mirzəliyevin aktyor Rza Rzayev tərəfindən döyülməsi ilə bağlı çox ehtiyatlı mövqe tuturlar.

Təhsil naziri Ceyhun Mirzəyevin tabeliyində olan şəxsi müdafiə etməyə cəsarəti və prinsipiallığı çatmayıb. Bunun əvəzində bildirib k, son illər müəllimlərin nüfuzunun artırılması üzrə tədbirlər həyata keçirilir və daha çox gənc müəllim işləmək istəyir.

DİN də özünü qətiyyətsiz aparır. DİN-in nümayəndəsi polkovnik Orxan Mansurzadə deyib ki, 175 saylı məktəbin direktorunun döyülməsi araşdırılır və münaqişə tərəflərindən izahatnamə alınıb.

Toplanmış materiallar istintaq orqanlarına göndərilib, o qeyri-müəyyən şəkildə bildirib.

Qeyd edək ki, T.Mirzəliyev Nizami Rayon Məhkəməsinin binası qarşısında döyülüb. Ona ciddi bədən xəsarəti yetirilib, o, xəstəxanaya yerləşdirilib.

Hadisənin üzərindən yetərincə zaman keçsə də cinayət işi açılmayıb, hücum edən şəxs saxlanılmayıb, sakit şəkildə müsahibə verir.

Başqa vaxt onlarla polis əməkdaşı Şəhidlər Xiyabanını ziyarət etmək istəyən vətəndaşlarla bağlı "qayda- qanun" yaradır. DİN rəhbərliyi isə şəhidlərin məzarına çiçək qoyulmasını dövlət əleyhinə hərəkət kimi elan etməyə can atır.

[embed]https://www.youtube.com/watch?v=QkehoNJ7y_U[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun