Məktəb direktorunu döyməkdə günahlandırılan aktyora cinayət işi açılıb

Məktəb direktorunu döyməkdə günahlandırılan aktyora cinayət işi açılıb
29 Noyabr 2018
Mətni dəyiş

Bakıda 220 saylı məktəbin direktoru Tural Mirzəliyevi döyməkdə günahlandırılan aktyor Rza Rzayevə qarşı cinayət işi başlanıb.

Məlumatı “Report”-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini Orxan Mansurzadə verib.

Rza Rzayev xuliqanlıqda təqsirləndirilir

Onun sözlərinə görə, faktla bağlı Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. İşi Nizami Rayon Polis İdarəsinin İstintaq şöbəsi araşdırır.

Bir müddət əvvəl sosial şəbəkələrdə aktyor Rza Rzayevin 220 saylı orta məktəbin direktoru Tural Mirzəliyevi döyməsinə dair məlumatlar və görüntülər yayılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun