Kimə inanmalı? - Qubad İbadoğlu

Kimə inanmalı? - Qubad İbadoğlu
2 Noyabr 2018
Mətni dəyiş

Dünya Bankı “Bizneslə məşgulluq” (Doing business) hesabatında Azərbaycanın indeksini 32 pillə yaxşılaşdırıb, ölkəmizi dünyanın 190 ölkəsi arasında 25-ci yerdə qərarlaşdırıb. Eyni zamanda elan edib ki, Azərbaycan 10 islahatçı dövlətin birincidir, Türkiyə də ikincisidir. Bu zaman xatırladım ki, Əfqanıstan qanunların mükəmməlliyinə görə, dünya ölkələri arasında yuxarı yerdə olsa da korrupsiya reytinqinə görə dünyanın 180 dövləti arasında 177-dir. Azərbaycana gəlincə, ölkə korrupsiyalaşmış ölkələr atasında 122-ci yerdərir.

Kanadanın Freyzer İnstitutunun 100-dən çox ölkəni təmsil edən tədqiqatçılarla birgə hazırladığı hesabata görə, Azərbaycan iqtisadi azadlıq reytinqində dünyanın 180 ölkəsi arasında 106-cı yerdə qərarlaşıb. Bu reytinq mərkəzi hökumət qurumlarının say tərkibi; mülkiyyət hüququnun müdafiəsi və məhkəmə azadlığı; pul siyasətinin sərtlik dərəcəsi; xarici ticarət azadlığı; kreditlərin, məşğulluğun və biznesin tənzimlənməsi meyarlarına əsaslanır. Bu günlərdə açıqlanan Dünya Bankı Avropa və Mərkəzi Asiya regionu (ECA) ölkələri üçün dünya ilə olan iqtisadi bağlantıların “dərinliyi”ni, effektivliyini və ölkələrin bundan əldə etdiyi faydaları qiymətləndirən “Çoxölçülü Bağlantı İndeksi”də (Multidimensional Connectivity Index) Azərbaycan Tacikistanla birlikdə sonuncu sıralarda qərarlaşıb. Belə ki, Azərbaycan Çoxölçülü Bağlantı, eləcə də ayrılıqda ticarət və birbaşa xarici sərmayələr üzrə reytinqdə dünya üzrə ən sonuncu yerdədir, Əlavədəki cədvələ baxın,

İnformasiya və Komunikasiya texnologiyaları reytinqində isə dünyanın 105 ölkəsi arasında 104-cü yerdədir. Görəsən Dünyan Bankı Bizneslə məşgulluq (Doing business) hesabatını hazırlayanlar başqa institutların olmasa da Dünya Bankı İnsitututunun hazırladığı “Çoxölçülü Bağlantı İndeksi”, Ümumdünya Hesabatlıq İndikatorları hesabatlarını oxuyurmu? Çox qəribədir ki, Dünya Ticarət Təşkilatına üzv olmayan, Dərinləşdirilmiş və Hərtərəfli ticarət sazişinə imza atmayan ölkə necə ola bilər ki, birdən birə 32 pillə “yuxarı dirmaşıb”, ilk 25-də yer alsın. Bizdəki fərasətə baxın… Korrupsiya, iqtisadi azadlıq, dünya ilə iqtisadi bağlantılar hesabatında aşağı reytinqə malik olan Azərbaycanda bizneslə məşğulluq göstəricisinin sürətlə yaxşılaşması xeyli suallar doğurur. Əgər həqiqətən belədirsə, onda islahatlar başlayıb da, qurtarıb da sadəcə bizim xəbərimiz olmayıb, çünki eşitməmişik, görməmişik. Siz necə bu barədə görüb, eşitdikırinizdən nə deyə bilərsiniz.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun