İraqın şimalında 50-dən çox İŞİD terrorçusu öldürülüb

ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələri oktyabrın sonunda İraqda aparılan iki əməliyyatlar zamanı İŞİD terror təşkilatının 50-dən çox yaraqlısını və bir sıra rəhbərini məhv edib.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə koalisiyanın bazar günü yaydığı məlumatda deyilir.

Bildirilir ki, oktyabrın 30-da Səlahəddin əyalətində qruplaşmanın 5 rəhbəri və 30-dan çox yaraqlısı öldürülüb.

İraqın təhlükəsizlik qüvvələri koalisiyanın dəstəyi ilə həmin əraziyə bir sıra zərbələr endiriblər. Koalisiyanın məlumatına görə, öldürülən yaraqlılar İraqın şimalındakı bir neçə əyalətdə terror aktlarına rəhbərlik ediblər.

Məlumata görə, daha 20-yə yaxın silahlı isə oktyabrın 31-də İraqın şimalında yerləşən Makmur dağlarında zərərsizləşdirilib.

Bundan əvvəl ABŞ Suriyada dinc sakinlərin evlərini bombalayıb.