Həbsdəki jurnalist Elçin İsmayıllının məhkəməsi yenidən təxirə salınıb

Həbsdəki jurnalist Elçin İsmayıllının məhkəməsi yenidən təxirə salınıb
7 Noyabr 2018
Mətni dəyiş

Bu gün Ali Məhkəmədə “Azadlıq” qəzetinin bölgə müxbiri Elçin İsmayıllının kasasiya şikayəti üzrə məhkəmə prosesi yenidən təxirə salınıb.

Hakim İmran Hacıqayıbovun sədrliyi ilə keçirilən proses zərərçəkənlərin məhkəməyə gəlməməsi səbəbinə görə yekun qərar verilməyib.

Sədrlik edən hakim zərərçəkənlərə bildirişin çatmaması haqda məhkəmədə dəqiq məlumat olmadığı üçün prosesin noyabrın 20-də davam etdirilməsini elan edib.

Elçin İsmayıllı 2017-ci ilin sentyabrın Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il müddətinə azadlıqdan mərhum edilib. 2018-ci ilin fevralında Şəki Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Elçin İsmayıllı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu yoluyla pul tələb etmə) və 308-ci (vəzifəsindən sui-istifadə) maddələri ilə təqsirli bilinib. Beynəlxalq və yerli hüquq müdafiə təşkilatları Elçin İsmayıllını siyasi məhbus hesab edib, həbsini juurnalist fəaliyyəti ilə əlaqəli olduğu bildirilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun