Gürcüstanda Prezident seçkilərinin ikinci turunun tarixi elan olunub

Gürcüstanda Prezident seçkilərinin ikinci turunun tarixi elan olunub
15 Noyabr 2018
Mətni dəyiş

Gürcüstanda Prezident seçkilərinin ikinci turu noyabrın 28-də keçiriləcək.

"Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə qərar Gürcüstanın Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında qəbul olunub.

İclasda Prezident seçkilərinin birinci turunun nəticələrinə yekun vurulub. MSK sədri Tamar Jvania yekun protokolu imzalayıb.

Qonşu ölkədə Prezident seçkilərinin birinci turu oktyabrın 28-də baş tutub.

Seçkilərin ikinci turunda mübarizə Gürcüstanın hakim partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında aparılacaq.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun